Fransanın Marsel şəhər məhkəməsi İngiltərə yığmasının 6 azarkeşinin həbs olunması barədə qərar çıxarıb. Sportnet.az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, fanatlar Avropa çempionatında Rusiya ilə oyundan öncə kütləvi toqquşmalarda iştirak etmələri səbəbindən cəzalansdırılıblar.
Onlar asayiş keşikçilərinə şüşə qablar atmaqda günahlandırılırlar. Azarkeşlər bir aydan üç ayadək azadlıqdan məhrum ediliblər. Onların iki il ərzində Fransaya daxil olmalarına qadağa qoyulub.
Daha bir azarkeş isə istənilən ictimai yerdə beş il ərzində futbola baxmaqdan məhrum edilib. "Sky News" yazır ki, "Birmingem Siti" klubunun da tərəfdarı olan 24 yaşlı şəxs saxlanılaraq, vətəninə deportasiya olunub.
Qeyd edək ki, UEFA Rusiya Futbol İttifaqını 150 min avro cərimələyib, Rusiya yığmasını isə şərti diskvalifikasiyaya məruz qoyub.