
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Sabri Sarıoğlunun həyat yoldaşı Yağmur Sarıoğlu istirahət üçün getdiyi Amerikanın Las-Veqas şəhərində 108-ci mərtəbədən aşağı tullanıb. Sportnet.az-ın məlumatına görə, pilot qadın 260 metr hündürlükdən düşmə anını videoya çəkib və sosial şəbəkədəki şəxsi hesabında paylaşıb.