1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Amerika Kubokun 1/4 final cütləri müəyyənləşdi
Amerika Kubokunun 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, qrup oyunlarından sonra Braziliya, Uruqvay və Kosta-Rika kimi son dünya çempionatının iştirakçıları mübarizədən kənarda qalıb.
A qrupunda ABŞ və Kolumbiya hərəyə 6 xalla növbəti mərhələyə vəsiqə qazanıb. B qrupunun birincisi 7 xal toplayan Peru olub, ikinci pillədə isə aktivində 5 xal olan Ekvador qərarlaşıb. Yarımfinala gedən yolda ABŞ Ekvadorla, Peru isə Kolumbiya ilə qarşılaşacaq.
C qrupunda Meksika və Venesuela yığmaları hərəyə 7 xalla 1/4 finala yüksəlib. Meksikanın rəqibi 6 xalla D qrupunda ikinci yeri tutan Çili olacaq. Venesuela isə 9 xalla sonuncu qrupun lideri olmuş Argentina ilə üz-üzə gələcək.
Qeyd edək ki, oyunlar 17, 18 və 19 iyunda Bakı vaxtı ilə gecə saatlarında keçiriləcək.