Avropa çempionatının E qrupunda keçirilən İtaliya - İsveç oyununun ən yaxşı futbolçusunun adı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, UEFA birincilərin heyətində Ederi "ən yaxşı" seçib.
28 yaşlı hücumçu oyunda vurulan yeganə qolun sahibi olub. Ederin bu qolu komandasının 1/8 finala yüksəlməsini təmin edib.