1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Amerika Kubokunda daha bir yarımfinalçı
ABŞ-da keçirilən futbol üzrə Amerika Kubokunda daha bir yarımfinalçı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, 1/4 finalda Perunu penaltilər seriyasında üstələyən Kolumbiya yığmasıdır.
Əsas vaxtı qolsuz tamamlanan qarşılaşmadan Kolumbiya penaltilərlə üstün ayrılıb - 4:2. Növbəti mərhələdə rəqib Meksika - Çili matçının qalibi olacaq.
Daha öncə ABŞ Ekvadoru 2:1 hesabı ilə yenərək, yarımfinala yüksəlib. Təşkilatçı ölkə yarımfinalda Argentina - Venesuela qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, son iki 1/4 final matçı iyunun 19-na keçən gecə keçiriləcək.