Azərbaycan təmsilçisi "Kəpəz"in Moldova "Daçiya"sı ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun vaxtı dəyişdirilib. Sportnet.az-ın klub saytına istinadən məlumatına görə, bu barədə UEFA-dan "Daçiya"ya məktub gəlib.
Məktubda matçın əvvəlcədən nəzərdə tutulduğu kimi, iyunun 30-da deyil, iyunun 28-də təşkil olunacağı göstərilib. "Dalğa Arena"dakı görüş saat 20:00-da başlanacaq.
Qeyd edək ki, cavab görüşü iyulun 7-də Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək.