Rusiya yığmasının üzvü Artur Yusupov telefonla danışarkən fotokameralara düşüb. Sportnet.az-ın məlumatına görə, ilk baxışdan bu adi hal kimi görünsə də, futbolçunun danışdığı telefonun qiymətinin təqribən 15 min manat olması maraq doğurub.
Görüntülər AVRO-2016-nın B qrupunda sonuncu yeri tutan Rusiya yığmasının vətənə qayıdarkən hava limanında qeydə alınıb.
Futbolçunun istifadə etdiyi 2008-ci il model "Vertu Signature S" telefonu sadə dizayna malikdir və sensor və kamera xidmətləri yoxdur.