1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Amerika Kubokunda daha bir finalçı - VİDEO
Futbol üzrə Amerika Kubokunun ikinci finalçısı da məlum olub. Sportnet.az xəbər verir ki, bu, yarımfinalda Kolumbiyanı 2:0 hesabı ilə məğlub edən Çili olub.
Hesab 7-ci dəqiqə açılıb: Çarles Arangis fərqlənib – 1:0. 11-ci dəqiqədə Çilinin üstünlüyü iki topa çatıb. Bu dəfə qapıçının uzun ötürməsindən sonra Xose Fuensalida rəqibi məyus edib.
Yarımfinal oyununun ikinci hissəsi əlverişsiz hava şəraiti səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb. Tamaşaçılardan yaxınlaşmaqda olan tufan səbəbindən tribunaları tərk etmək xahiş olunub. Lakin bir müddətdən sonra matç bərpa olunub. Buna baxmayaraq oyunda hesab dəyişməyib və 2:0-lıq nəticə ilə də başa çatıb.
Çili iyunun 27-də finalda Argentina ilə qarşılaşacaq.