1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin sabiq futbolçusu Hiddinki məşqçi saymır
Azərbaycan yığmasının sabiq futbolçusu Şamil Lahiyalov keçmiş baş məşqçisi Qus Qiddinki kəskin tənqid edib. Sportnet.az-ın məlumatına görə, hücumçu "Anji"də birgə işlədiyi hollandiyalı mütəxəssis Rusiya yığmasının baş məşqçisi postuna yenidən gətirilməsini düzgün saymır.
L
Lahiyalovun sözlərinə görə, Hiddink millidə Mahaçqala klubunda olduğu kimi işləyəcəksə, onu dəvət etməyə heç dəyməz: "Hesab edirəm ki, belə dəvətə bütün bizim məşqçilərə qarşı hörmətsizlik kimi baxmaq lazımdır. Rusiyada keçiriləcək dünya çempionatına 2 il qalmış artıq bir dəfə uğursuzluğa düçar olanı yenidən çağırmaq? Düşünürəm ki, bu, heç də yaxşı olmayacaq. Əgər siz futbolçu Lahiyalovdan soruşsanız ki, Hiddink ona nə verib, cavab verəcəyəm - heç nə. Mən ondan heç bir yeni şey öyrənmədim. Nə məşq prosesində, nə də oyun planında. Heç nə. Gəldi, "kvadrat" oynadıq, güldük, oyuna getdik. Biz ondan çox şey gözləyirdik".
Xatırladaq ki, 34 yaşlı Lahiyalov yığmamızda qardaşı Rəşidin adı ilə oynayıb.