
"Kəəz"in Avropa Liqasında rəqibi olan "Daçiya"da subayların sayı 1 nəfər də azalıb. Sportnet.az-ın məlumatına görə, Kişinyov təmsilçisinin yarımmüdafiəçisi Aleksandr Bejanın toyu olub. O, Anastasiya adlı qızla evlənuib.
Futbolçunun toyu şəhərdən kənarda, paytaxtdan uzun olmayan mənzərəli bir məkanda olub. Mərasimin iştirakçıları arasında Bejanın "Daçiya"da komanda yoldaşları da olub. Baş məşqçi Oleq Bejenarın səbəbkara Avropa Liqasında ilk matçda istirahət verəcəyi gözlənilir. Belə olan halda, Bejan iyunun 28-də "Kəpəz"lə Bakıdakı oyunda meydana çıxmayacaq.