1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kapitanın göz yaşları...
Avropa çempionatının 1/8 final mərhələsinin Xorvatiya - Portuqaliya görüşündə balkanlıların səyinə baxmayaraq, pireneylilər qalib gəldi. Oyun barədə, o qədər də diqqətlə baxmadığımdan, bir şey yazmayacağam.
Mən oyunsonrası bir neçə məqama diqqət çəkmək istərdim. Hansı ki, bunlar insan taleyindən bəhs edir.
Matç bitincə qalib və məğlubların, həmişəki kimi uyğun, müvafiq reaksiyalarının şahidi olduq. Yəni, qalib gələn portuqaliyalılar sevindi, xorvatiyalılar kədərləndi. Lakin bir futbolçunun reaksiyası şəxsən mənim diqqətimi xüsusi olaraq çəkdi. Bu Dario Srnanın reaksiyası idi. O, meydanda yarıoturmuş vəziyyətdə xısın-xısın, acizcəsinə ağlayırdı. Əlini üzünə tutduğunda bunu görmək olmurdu. Amma çiyinlərinin hərəkətindən bilmək olurdu ki, ağlayır.
Bu, nə isə adi, bütün futbolçuların məğlub olandan sonrakı reaksiyasına (ağlamağına, təssüflənməyinə) bənzəmirdi.
Bu nə isə daxildən yanğı, qovrulma, göynəmə idi.
Bu sakit, səssiz kim görünən ağlama daxili bir hayqırtıya bənzəyirdi.
Bu, hiss olunurdu.
Bəlkə də bu reaksiya digərlərindən ona görə fərqlənirdi ki, Dario son on gündə ikinci ağır zərbəni almışdı. Birinci zərbə isə onun atası Üzeyiri itirməsi olmuşdu. O, hələ Çexiya ilə oyunöncəsi səslənən himn zamanı göz yaşların saxlaya bilməmişdi. Bəlkə də həmişə himn çalınanda atasını düşünüb. Düşünüb ki, atası indi televiziya qarşısında onu izləyir. Amma bu oyun öncəsi birdən yadına düşür ki, atası artıq fiziki olaraq onu izləmir. Bəlkə də buna görə?
Bəlkə də atasını ruhən yanında hiss edirdi?
O, AVRO-2016-dan sonra karyerasını bitirəcəyini demişdi. Bəlkə də mükafat ala bilməməsinə görə ağlayırdı?
Bəlkə də birinci zərbədən sonra çox ağlamağa, üzülməyə vaxtı yox idi, çünki vacib oyunlar var idi. Amma ikinci zərbədən sonra artıq azad idi. Və doyunca özünü boşasldıdı?
Çətin sualdır.
Görəsən, o, ağlayanda nə düşünürdü? Bəlkə o kuboku qaldırıb bu qələbəni atasının ruhuna həsr etmək istəyirdi. Bunu edə bilməməməyinə görə ağlayırdı?
Bilmirəm...
Amma bir şey dəqiqdir ki, pul hər şeyi həll etmir. Elə şeylər var ki, pul onun qarşısında acizdir. Bu o zaman baş verir ki, insanın insanlığı daha üst səviyyədə olsun. Yəni, elə varlı futbolçu ola bilər ki, əzizini itirmək onun vecinə olmaz, o cümlədən, məğlubiyyətə əhəmiyyət verməsə o elə də aciz görünməz. Bu halda belə adam üçün pul hər şeyi həll eləmiş kimi görünür. Amma eyni zamanda beləsi həm də hissiz, duyğusuz olur. Bu, insani yox, daha çox heyvani hissdir. Belə yanaşma bizi tamamilə puldan asılılığa aparır. Asılılıq isə azadlıq deyil, köləlikdir.
Deməli, biz hisslərimizə nə qədər çox aludə olsaq, puldan asılılığımız azalar və daha azad olarıq. Və bu azadlıq bizi insanlığa, yaradana tərəf aparan yoldur.
İnsan bu dünyadan köçəndə özü ilə maddi qazancından heç nə apara bilmir. Yalnız mənəvi qazancı, mənəvi var-dövləti ilə yaradanın hüzuruna gedir.
Təbii ki, yaşamaq üçün insana maddi təminat da vacibdir, amma bu maddi sərvəti mənəviyyatı itirməmək şərti ilə də qazanmaq olar.
Dario Srna kimi...
Vüqar MƏMMƏDOV