UEFA Avropa Liqasının Liqa mərhələsində III turun oyunları keçirilib.
Sportnet.az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbağça" Almaniya "Ştutqart"ını qəbul edib.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 34-cü dəqiqədə Kerem Aktürkoğlu vurub. O, penaltini dəqiq yerinə yetirib.
Bu, "Fənərbağça"nın ikinci qələbəsi olub.
Ardıcıl üçüncü qələbələrini qazanan komandalar isə Danimarka "Midtüllan"ı, Portuqaliya "Braqa"sı və Fransa "Lion"udur.
Ümumilikdə 18 qarşılaşma oynanılacaq:
UEFA Avropa Liqası
Liqa mərhələsi
III tur
23 oktyabr
20:45. "Zaltsburq" (Avstriya) - "Ferentsvaroş" (Macarıstan) - 2:3
20:45. "Fənərbağça" (Türkiyə) - "Ştutqart" (Almaniya) - 1:0
20:45. "Braqa" (Portuqaliya) - "Srvena Zvezda" (Serbiya) - 2:0
20:45. "Lion" (Fransa) - "Bazel" (İsveçrə) - 2:0
20:45. FCSB (Rumıniya) - "Bolonya" (İtaliya) - 1:2
20:45. "Qo Ehed İqlz" (Niderland) - "Aston Villa" (İngiltərə) - 2:1
20:45. "Genk" (Belçika) - "Betis" (İspaniya) - 0:0
20:45. "Brann" (Norveç) - "Reyncers" (Şotlandiya) - 3:0
23:00. "Roma" (İtaliya) - "Viktoriya" (Çexiya) - 1:2
23:00. "Feyenoord" (Niderland) - "Panatinaikos" (Yunanıstan) - 3:1
23:00. "Lill" (Fransa) - PAOK (Yunanıstan) - 3:4
23:00. "Seltik" (Şotlandiya) - "Şturm" (Avstriya) - 2:1
23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Midtüllann" (Danimarka) - 0:3
23:00. "Yanq Boys" (İsveçrə) - "Ludoqorets" (Bolqarıstan) - 3:2
23:00. "Frayburq" (Almaniya) - "Utrext" (Niderland) - 2:0
23:00. "Nottinqem Forest" (İngiltərə) - "Portu" (Portuqaliya) - 2:0
23:00. "Selta" (İspaniya) - "Nitsa" (Fransa) - 2:1
23:00. "Malmö" (İsveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:1















































































