"Bura mənim çox xoşuma gəlir. İlk gündən komanda məni çox yaxşı qəbul etdi". "Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Krşevan Santini klubun televiziyasına açıqlamasında deyib.
29 yaşlı xorvatiyalı qapıçı əvvəlcə Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində keçirdikləri iki yoxlama matçı və Avropa Liqasının I təsnifat mərhələsində Malta "Baltsan"ı ilə oynayacaqları qarşılaşmalar barədə fikirlərini bölüşüb: "İki oyun keçirdik, yaxşı oynadıq, sadəcə, ikinci oyunun nəticəsi alınmadı. Bizim üçün çox vacib olan Maltadakı matça hazırlaşırıq. Ümid edirəm ki, hər şey normal olacaq. Bu gün hamı futbol oynamağı bacarır. Elə komanda yoxdur ki, ona qarşı yarım güc sərf edərək, oynaya biləsən. Ona görə də oyuna çox ciddi hazırlaşacağımızı bilirəm".
Qeyd edək ki, "Neftçi" Bolu toplanışında Afrika klublarından seçilmiş futbolçulardan ibarət "SİBM Traning Center” klubuna ilk görüşdə 1:2 hesabı ilə uduzsa da, təkrar qarşılaşmada qalib gəlib - 3:0. Rumıniyanın "CSMS İaşi” klubu ilə oyun isə heç-heçə ilə nəticələnib - 3:3. Flaqman "Baltsan"la ilk görüşünü iyunun 30-da Maltada, cavab görüşünü isə iyulun 7-də evdə keçirəcək. Krşevan Santini son 2 qarşılaşmada forma geyinib.
Bombardirlər: Domi Massumo ("Qəbələ") - 16, Emil Qasımov ("Karvan") - 15, Bəhruz Teymurov ("Karvan) - 13, Seyxan Fərəcov ("İmişli"), İbrahim Əliyev (MOİK) - hər ikisi 11 qol.