1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qluşenko yenidən "Qəbələ"də
Avropa Liqasında təmsilçimiz olan "Qəbələ"də yeni ukraynalı məşqçi çalışır. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Roman Qriqorçukun qapıçılarla işləyən köməkçisi yenidən Qluşenko soyadlı mütəxəsssidr. Ancaq bu, özüylə birgə Odessa "Çernomorets"indən gətirdiyi Andrey Qluşenko yox, onun kiçik qardaşı Aleksandrdır.
35 yaşlı mütəxəssis "Qəbələ"yə 2013-cü ildən işlədiyi Qaazxıstanın "Tobol" klubundan gəlib. Bunadək isə kiçik Qluşenko 2005-2011-ci illərdə Zaporojyenin "Metallurq" klubunun futbol məktəbində, 2011-12-ci illərdə isə Omanın "Əl-Nahda" klubunda işləyib.
Aleksandr Qluşenko dizindəki zədə üzündən qapıçı karyerasını 24 yaşında bitirməli olub. Onun vətənində karyerası aşağı liqa təmsilçiləri ilə bağlı olub. Keçmiş qapıçı Latviyada "Dinaburq" klubunda da çıxış edib. Məlum olduğu kimi, Qriqorçuk bu ölkədə futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb. Ali təhsili olan kiçik Qluşenko 11 ildir çalışdırdığı məşqçilikdə UEFA-nın B və A kateqoriyalarına sahibdir.
Xatırladaq ki, Dmitri Qluşenko ailə vəziyyəti ilə əlaqədar bu ilin yanvarında "Qəbələ"dən ayrılaraq vətəninə dönməli olub. Onu əsas komandada əvəzləmiş Vüqar Məmmədov isə yenidən əvəzedici komandada qapıçılarla çalışacaq.