Avropa Liqasında təmsilçilərimiz olan "Qəbələ" ilə "Neftçi" qələbəsizlik sindromuna son qoyublar. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" avrokuboklarda sonuncu qələbələrini ötən ilin avqustun 8-də məhz "Bakcell Arena"da qazanmışdılar.
Bu, Avropa Liqasının III təsnifat mərhələsində Kiprin "Apollon" klubu ilə cavab matçında 1:0 hesablı qələbə olub. Avqustun 6-da keçirilən həmin matçda qələbə topunun müəllifi 80-ci dəqiqədə penaltidən fərqlənən sabiq kapiuanı Cavid Hüseynov olub. Göründüyü kimi, "Qəbələ" 329 gündən sonra qitəmiqyaslı turnirdə qələbə qazanıb.
Roman Qriqorçuun komandası pley-off mərhələsində Yunanıstanın "Panatinaikos" klububu keçsə də, bu, səfərdə məhsuldar heç-heçə (2:2) ilə olub. Avropa Liqaısnın qrup mərhələsində isə qələbə qazanmaq mümkün olmamış, 2 heç-heçə ilə 2 xal əldə olunmuşdu.
"Neftçi"nin son qələbəsi isə ötən mövsümə yox, 2 il öncəyə gedib çıxır. Çünki ötən il Avropa Liqasının I təsnifat mərhələsində Çernoqoriyanın "Mladost" klubu ilə matçlar heç-heçə nəticələnmişdi - evdə 2:2, səfərdə 1:1. "Neftçi" də sonuncu qələbəsini Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında qazanmışdı. Bu, 2014-cü ildə Gürcüstanın "Çixura" klubu ilə Zestafonidə keçirilən oyunda olub. "Neftçi"yə qələbəni kamerunlu hücumçusu Ernest Nfor etdiyi het-triklə qazandırıb. "Ağ-qaralar" avrokuboklarda növbəti qələbəni 695 gün gözləməli olub.