
Bu gün "Qarabağ” Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası Lüksemburqun "Düdelanj” klubunun qonağı olub.
Matç çempionumuz üçün heç də asan keçməyib. Rəqib hələ ilk hissəsə hesabı açmağa yaxın olsa da, penaltidən dəqiq yararlana bilməyib. "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç zərbəni dəf edib. Bununla da oyunda ilk qolu məhz lüksemburqlular vurub. Komandamız son saniyələrdə bərabərlik qolunu vurmağa müvəffəq olub. Reynaldo Silva matçda son nöqtəti qoyub - 1:1.
Bununla da Ağdam təmsilçisi ardıcıl 3-cü mövsüm qatıldığı turnirin III təsnifat mərhələsinə çıxıb. Burada rəqib Çexiyanın "Viktoriya” klubudur. Həmin mərhələnin matçları iyulun 26-27-də və avqustun 2-3-də keçiriləcək. "Qarabağ" ilk oyununu səfərdə keçirəcək.
Çempionlar Liqası, II təsnifat mərhələsi
Cavab oyunu
20 iyul
20:00. "Düdelanj” (Lüksemburq) – "Qarabağ” (Azərbaycan) - 1:1
Qollar: Momar N Diaye, 72 - Reynaldo Silva, 90+4
37-ci dəqiqədə David Turpel ("Düdelanj") penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Kevin Klansi
Hakim köməkçilər: Stevenson Styuart, Karr Sin, Robertson Donald (hamısı Şotlandiya)
Hakim-inspektor: Aleksandru Dyakon (Runıniya)
UEFA nümayəndəsi: Nyuton İmon (İrlandiya)
Lüksemburq. "Jos Nosbaum” stadionu
İlk oyun - 0:2
"Düdelanj": Huber (k), Şnell, Da Mota, Dikaba, Ştolz, Nakaçe, Prempe, Melisse, Malget, Turpel, Ndaye
Ehtiyat oyunçular: Frizinq, Pokar, İbrahimoviç, Benayba, Stelvio Da Kruz, Laurentie, Deliynu
"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Reynaldo, Muarem Muarem, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov, Dani Kintana
Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Mahir Mədətov, Rahid Əmirquliyev, İlqar Qurbanov, Əfran İsmayılov, Elvin Yunuszadə, Coşqun Diniyev