
Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi" və Gürcüstanın "Çixura" komandaları arasında keçiriləcək hər iki oyunun başlama saatı müəyyənləşib. Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, iyulun 31-də "Bakcell Arena"da keçiriləcək ilk görüşün start fiti saat 20:00-da çalınacaq.
Avqustun 7-də Tiflisdəki Mixail Mesxi adına stadionda təşkil ediləcək cavab görüşü isə yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlanacaq.
Qeyd edək ki, hələlik oyunların hakimləri açıqlanmayıb.