Azərbaycan klublarının "Dalğa Arena”da keçirilən avrokubok oyunlarında məğlubiyyətsiz seriyası qırılıb. Sportnet.az-ın məlumatına görə, "Kəpəz" Mərdəkan qəsəbəsində yerləşən bu stadionda qitəmiqyaslı turnirlərdə məğlub olan ilk Azərbaycan klubu olub. Bu, Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Avstriyanın "Admira” klubuna 0:2 hesablı məğlubiyyətdir.
"Dalğa Arena"da keçirilən əvvəlki 7 avrokubok oyununda təmsilçilərimiz heç vaxt uduzmamışdı. İki qələbə "İnter” Estoniya "Trans”ını 2:0, "Neftçi”nin Gürcüstan "Zestafoni”sini 3:0 hesabı ilə məğlub etdiyi matçlardır.
Digər 5 görüşdə isə qalib müəyyənləşməyib. Bunlar "Bakı”nın Sloveniya "Mura”sı (0:0), "İnter”in Yunanıstan "Asteras”ı (1:1), "Neftçi”nin İsrail "Hapoel”i (Kiryat-Şmona, 2:2) və Kipr APOEL-i (1:1) ilə heç-heçə etdiyi matçlardır.
Bu 6 qarşılaşmanın hamısı 2012/13 mövsümündə baş tutub. Onlardan "Neftçi"nin "Zestafoni" və "Hapoel"lə matçları Çempionlar Liqasında, qalan oyunlar Avropa Liqasında olub.
"Dalğa Arena"da 7-ci avrokubok matçımız isə 4 ildən sonra "Kəpəz”in Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Daçiya”sı ilə qolsuz bərabərliyə qaldığı matç idi.
Mehman Süleymanov
AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib