
"Qarabağ"ın Avstriya "Zalsburq"u ilə keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşünün də başlama saatı açıqlanıb. Sportnet.az-ın "Zalsburq"un rəsmi saytına istinadən məlumatına görə, oyunuyn start fiti avqustun 6-da yerli vaxtla saat 20:30-da (Bakı vaxtı ilə saat 23:30-da) çalınacaq.
Görüş Zalsburq şəhərindəki "Red Bull Arena"da baş tutacaq.
Qeyd edək ki, ilk oyun iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Matç saat 20:30-da başlanacaq.