Rusiya milli komandasının kapitanı Roman Şirokov karyerasını bitirib. Sportnet.az-ın məlumatına görə, 35 yaşlı yarımümdafiəçi bunu Rusiya Super Kuboku uğrunda izlədiyi MOİK - "Zenit" matçında televiziyaya açıqlamasında bildirib. O, futbolda qalması ilə bağlı təklifinin olduğunu, ancaq buna hələ qərar vermədiyini söyləyib.
Şirikov karyerası ərzində 10 klubda oynayıb və bunlar hamısı vətənində olub. Onun ən böyük uğurları "Zenit"lə bağlıdır. Roman bu klubla təkcə daxili yox, beynəlxalq titullar da qazanıb. Bu, UEFA Kuboku və UEFA Super Kubokudur. Son olaraq MOİK-də çıxış edərək çempion olan Şirokovun müqaviləsi bitib.
Futbolçu 2008-ci ildə Avropa çempionatının bürünc medalını qazandığı Rusiya yığmasında 57 matçda 13 qol vurub. Bu qollardan biri 2012-ci ilin oktyabrında Azərbaycan millisi ilə "Lujniki"dəki rəsmi matçda olub. Şirikov həmin oyunun 84-cü dəqiqəsində Kamran Ağayevə penaltidən qol vuraraq yığmasına 1:0 hesablı qələbə qazandırıb.