Azərbaycan klublarının uzun illər iştirak etdiyi "Birlik Kuboku" turniri bağlanıb. Sportnet.az-ın məlumatına görə, bunu Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Vitali Mutko rəsmən bəyan edib: ""Birlik kuboku" bağlanıb. O, öz aktuallığını itirib. Biz eyni zamanda Qranatkin turnirini davam etdirəcəyik".
RFİ ilə yanaşı, FİFA bayrağı altında keçirilən "Birlik Kuboku" 1993-2011-ci illərdə possotev məkanı klublarının iştirakı ilə keçirilib. 2012-ci ildən isə gənclər və yeniyetmələr yığmalar arasında olub. 
Klublarımız 3 dəfə "Birlik Kuboku"nun qalibi olub. Bu, 2006-cı ildə "Neftçi"də, 2008-ci ildə "Xəzər Lənkəran", 2011-ci ildə "İnter" olub. Turniri son qazanan məhz Azərbacan təmsilçisi olub. 









                 





    
    
    
    
    
    
    
    
    






















































