"Neftçi" ilə yollarını ayıran braziliyalı futbolçu Aylton da Silvanın Portuqaliyanın "Eştoril" klubuna keçidinin detalları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar"ın baş məşqçisi Vəli Qasımov saxlaya bilmədikləri sol cinah müdafiəçisinin Pireney təmsilçisinə daha aşağı məbləğə keçdiyini bildirib: "Biz Ayltonla danışıqlar aparsaq da, o, karyerasını düşünərək təbii olaraq Portuqaliya çempionatında oynamağı seçdi. Özü də Aylton bizim təklif etdiyimiz qiymətin yarı miqdarı qarşılığında "Eştoril”lə razılaşdı".
Xatırladaq ki, "Neftçi"də 1 il keçirən Aylton daha çox intizamsızlığı, 3 dəfə qırmızı vərəqə alması ilə yadda qalıb.