1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hər şey yox oldu" - MÜSAHİBƏ
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiya "Viktoriya"sı ilə 1:1 hesablı heç-heçə edərək, mübarizəni dayandırdıqları cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, təcrübəli müdafiəçi nəticəni qismətlə əlaqələndirib...
- Deyiləcək cox söz yoxdur. Hər şeyə özünüz şahid oldunuz. Qismət belə imiş...
- Yüz faizlik qol imkanlarından istəfadə edə bilməyən komandada hücumçu çatışmazlığı hiss olunurmu: Yeni hücumçuya ehtiyac var?
- Bu cür oyundan sonra nəyəsə ehtiyac var deməyə söz yoxdu. Nə ehtiyac ola, qələbə üçün bundan artıq nə etmək olar ki, bilmirəm. Bunun hücumçuya aidiyyatı yoxdu. Top boş qapya düşmürsə... İki doxsan dəqiqədə rəqibə bir qol epizodu vermədik, amma mərhələ də keçmədik. O da qol epizodu deyildi.
- Qolda Əfran İsmayılova irad bildirdin...
- Yox, qoldan əvvəl Əfrana demişdim ki, daha çox orta zonaya keç, bəlkə onda rəqibə çatardın.
- "Qarabağ" niyə mərhələ keçə bilmədi?
- Yalnız qismətlə bağlayıram. Başqa deyiləcək sözüm yoxdu. 90 dəqiqədə bu qədər hücum edəsən, ancaq qələbə qazana bilməyəsən. Nə etmək olar? Hər hir işdə xeyir var. Qələbəyə bu qədər yaxın olduğun bir vaxtda bir baş zərbəsi ilə hər şey əldən çıxdı.
- Əvəzləmələrimiz haqda nə deyə bilərsən?
- Əvəzləmələr, hər şey yerində idi. Oyuna biz nəzarət edirdik. 80-ci dəqiqəyə keçmişdi yenə top bizdə idi. Hücumu biz edir, qol imkanlarını yenə biz yaradırdıq. Rəqib heç nə etmirdi, ancaq kiçik bir epizod hər şeyə son qoydu.
- Belə psixoloji durumdan sora Avroliqanın "play off"una hazırlaşmaq nə dərəcədə çətin olacaq?
- Əlbəttə, çətin olacaq. Bu, aydın məsələdir. Bəlkə başqa cür olsaydı, başqa cür məğlub olsaydıq, o qədər təsir etməzdi. Çempionlar Liqasının qrupuna düşmək istəyirdik. Bu qədər əziyyət çəkib yaxın olduğumuz halda hər şey yox oldu.