İngiltərənin "Çelsi” komandasında forma geyinən Con Obi Mikel adını dəyişdirmək qərarına gəlib. Sportnet.az-ın məlumatına görə, nigeriyalı yarımmüdafiəçinin bu qərarı almasının 2003-cü ildə keçirilən FİFA U-17 çempionatında baş verən hadisə ilə bağlı olduğu ortaya çıxıb.
Belə ki, əsl adı Con Mişel Nçekvube Obinna olan futbolçu, 2003-cü ildə Nigeriya Futbol Federasiyası tərəfindən FİFA-ya "Mikel” kimi təqdim olunub. Bundan sonra nigeriyalının həyatında önəmli bir dəyişilik olub.
Çempionatda Mikel kimi tanındıqdan sonra, bu addan istifadə etməyə başlayıb.
Bu hadisənin həyatına müsbət təsir etdiyini düşünən yarımmüdafiəçi, öz adını rəsmi şəkildə "Mikel Con Obi” olaraq dəyişdirməyi qərara alıb.
Xatırladaq ki, adını rəsmi şəkildə dəyişdikdən sonra formasının arxasında əvvəl olduğu kimi "Mikel” yazılacaq.