Azərbaycan milli komandasının və "Qarabağ" klubunun futbolçusu Vüqar Nadirov ABŞ-a təlim-məşq toplantısına yollanan heyətdən çıxarılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə hücumçunun özü şəxsi "Facebook" səhifəsində yazıb.
Nadirov qeyd edib ki, dizindəki ağrıların daha ciddi fəsadlar verə biləcəyindən ehtiyatlanan yığmamızın həkimləri onun aparılmamasını məqsədəuyğun sayıblar: "Hamiya pis xəbərim var.Mən ABŞ-a gedə bilmədim. Əvvəlcə AFFA-dan demişdilər ki, ayağında problem olmasa, səni aparacağıq. Amma sonra federasiyadan "Sən gəlməsən, yaxşı olar" söylədilər. Mənim dizimdə ağrılar var. Dedilər ki, zədən arta bilər. Özüm getmək istəyirdim. Çünki dizim çox ağrımır. Amma qoymadılar getməyə".
Futbolçu millimizi evində dəstəkləyəcəyini və komanda yoldaşlarının yaxşı nəticə ilə geri dönəcəklərinə ümidvar olduğunu əlavə edib.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün başlanan təlim-məşq toplantısının ardından mayın 27-də yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 28 may saat 7:00-da) ABŞ-la San-Fransisko şəhərində yoldaşlıq görüşü keçirəcək.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |