"Qəbələ"da daha bir futbolçusu Avropa Liqasında cəzalı duruma düşmək təhlükəsi ilə üzləçib. Sportnet.az-ın məlumatına görə, bu, Vojislav Stankoviçin ardınca gürcü yarımmüdafiəçi Nika Kvekveskiridir.
Hər 2 legionerin hesabında 2 "sarı" var ki, bu da vərəqə limitini aşmaq üzrə olmaları deməkdir. Yəni 3-cü sarı vərəqə cəzalı duruma düşmək olacaq.
Maraqlıdır ki, Kvekveskiri hər 2 xəbərdarlığı Fransanın "Lill" klubu ilə oyunların 44-cü dəqiqəsində alıb. Həm o, həm də Stankoviç Avropa Liqasında qol hesablarını da açıblar. Stankoviç bunu I təsnifat mərhələsində "Samtredia" (Gürcüstan, 5:1), Kvekveskiri isə II təsnifat mərhələsində MTK (Macarıstan, 2:1) ilə ilk oyunda fasiləyədək hesabı açmaqla edib.