"Qəbələ" Avropa Liqasında cari mövsümdə tendensiyasını davam etdirir. Sportnet.az-ın məlumatına görə, Roman Qrioqrçukun komandası hər 5 oyunda ilk hissədə qol vura bilib.
"Qırmızı-qaralar" I təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə oyunlarda evdə 3, səfərdə 1 dəfə rəqib qapısına yol tapıb. İkinci təsnifat mərhələsində Macarıstanın MTK klubuna səfərdə fasiləyədək 1, evdə 2 qol vurmağımız mümkün olmuşdu. Nəhayət, "Qəbələ" III təsnifat mərhələsində Fransanın Lill" klubu ilə matçlarda həm evdə, həm də səfərdə 1 dəfə fərqlənə bilib. İlk hissədəki qollarımızdan ən erkəni 7-ci dəqiqədə estoniyalı hücumçu Sergey Zenyovun "Bakcell Arena"da MTK-ya vurduğudur.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb