1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" iki ilkə birdən imza atdı
"Qəbələ" Avropa Liqasında ötən ilki nəticəsini təkrarlayıb. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası yenə pley-offa səfərdə 1:1 hesablı heç-heçə, evdə 1:0 hesablı qələbə sayəsində keçib. Ötən il III təsnifat mərhələsində rəqib Kiprin "Apollon", bu dəfə Fransanın "Lill" klubu olub.
Bundan əlavə, "qırmızı-qaralar" iki ilkə birdən imza atıb. Əvvəla, "Qəbələ" avrokuboklarda Fransa təmsilçisinə qalib gələn ilk Azərbaycan klubu olub. Bunadək "Qarabağ" İntertoto kubokunda "Monpelye"yə, Avroliqanın qrupunda isə "Sent-Etyen" və "Monako"ya qalib gələ bilməyib.
Bundan əlavə, "Qəbələ"nin sayəsində ilk dəfə "Böyük beşlik" təmsilçisinə qalib gələ bildik. "Neftçi" ilə "Qarabağ" İtaliyanın "İnter", "Qarabağ" İngiltərənin "Tottenhem", "İnter" İspaniyanın "Atletik" klubuna, "Qarabağ"la "Qəbələ" Dortmund "Borussiya"sına, "Qarabağ" Frankfurt "Ayntraxt"ına qalib gələ bilməyib. Bu matçlarda ən yaxşı halda 3 dəfə heç-heçə etmişik.
Xatırladaq ki, "Qəbələ" "Lill"la ev oyununda tarixi qələbəni xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiçin ilk hissədə vurduğu qolla qazanıb.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb