İngiltərənin "Liverpul” klubu "Soutqempton”un futbolçusu Deyan Lovreni transfer edib. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
"Soutqemptona”da bir mövsüm keçirən xorvatiyalı müdafiəçi tibbi müayinədən keçdikdən sonra İngiltərə klubu ilə münasibətləri rəsmiləşdirib.
Qeyd edək ki, "Liverpul” yay fasiləsində hücumçu Riki Lambert və yarımmüdafiəçi Adam Lallalanı da heyətinə cəlb edib.