1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avrokuboklarda ilk dəfə
Azərbaycan klubları avrokubokar tarixində ilk dəfə avqustun 18-də oyun keçirəcəklər. Sportnet.az-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində təmsilçilərimiz olan "Qarabağ”la "Qəbələ”nin matçlarını keçirəcəkləri gündə indiyədək qarşılaşmamız olmayıb. Bu, qitəmiqyaslı turnirdə debüt etdiyimiz 1994-cü ildən bu yana, 22 ildə ilk dəfə olacaq.
Əslində, klublarımız Avropa Liqasının pley-off mərhələsində indiyədək 6 mövsümdə iştirak etsələr də, bunların heç bir oyun məhz bu tarixə təsadüf etməyib. Özü də bu dəfə mübarizəyə ən erkən başlayacağıq. Çünki iniyədək pley-off mərhələsi ölkəmiz üçün ən tez avqustun 20-də start götürüb. "Qarabağ”la "Qəbələ”nin cavab matçlarını keçirəcəkləri avqustun 27-də də indiyədək oynamamışıq.
Xatırladaq ki, "Qarabağ” "Göteborq”la ilk matçını bu gün İsveçdə keçirəcəksə, "Qəbələ” isə Sloveniyanın "Maribor” klubunu "Dalğa Arena”da qəbul edəcək.