1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Əhmədov: "O, başına tikiş qoyulmasına razı olmadı"
"Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. İlk hissənin əvvəlində həycan var idi. Müdafiədə səhvlərimiz məğlubuiyətimizi labüd etdi". Sportnet.az-ın məlumatına görə, bu fikirləri AZAL-ın baş məşqçkisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasında bu gün "Zirə"yə səfərdə 1:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bildiirb. O, məğlub olmalarına baxmayaraq, yetimələrindən çıxışından narazı qalmayıb: "Komandamızın oyunu var, çalışırlar. Futbolda bəzi səhvlər qazçılmazdı. Oyunçularıma iradım yoxdu. "Kəpəz”lə görüşdən sonra arxayınçılıq var idi. Yəqin ki, bu da mənim səhvim idi. Çatışmazlıqları fasilədə həll etməyə çalışacağıq".
Əhmədov yarımmüdafiəçi İlqar Ələkbərov 2 oyundur meydana başısarıqlı çıxmasını belə izah edib: "Onun başına tikiş qoyulmalı idi, amma özü razı olmadı. Yara hələ tam bitişməyib".
Ötən mövsüm AZAL-ın oyununu tapması üçün 5 matç lazım id. Görəsən, bu il neçə matç lazımdı ki, komanda optimal formaya düşsün?: "3 tura bir xal qazanmışıq. Komanda oyundan oyuna inkişaf edir. Qarşıda daha ağır oyunlar var. Çalışacam ki, mövsüm sonunda komandamız optimal formada olsun. Avqustun 23-dən məşqlərə başlayacağıq. 3 yoxlama görüşündə sınaqdan keçirməliyik".
Xatırladaq ki, milli komandamızın rəsmi oyunları ilə əlaəqdar çempionatımızda uzun müddətli fasilə olacaq.