Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Bakıya qayıdıb. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək "Qarabağ” – "Neftçi” qarşılaşmasını izləyəcək.
Həmin matç sabah saat 20:00-da Masazırdakı "Əlincə Arena"da olacaq.