UEFA "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində İsveçin "Göteborq" klubu ilə 2-ci oyunu düşərli hakimə tapşırıb. Sportnet.az-ın məlumatına görə, rusiyalı Vladislav Bezborodovun idarə etdiyi oyunda Qurban Qurbanovun komandası qalib gəlir.
Maraqlıdır, bu, məhz hazırkı turnirin pley-off matçında olub. Söhbət ötən ilin avqustun 20-də İsveçrədə keçirilən "Yanq Boyz" - "Qarabağ" matçı olub. Ağdamlılar həmin oyunu braziliyalı yarımmüdafiəçisi Rimard Almeydanın 67-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə ilə başa vurub və qrupa düşmək yolunda böyük addım atıblar. Qurban Qurbanivun komandası Bakıdakı cavab oyununda da qalib gələrək (3:0) ardıcıl 2-ci mövsüm qrupa düşüb.
Əslində, UEFA bu oyuna ilk olaraq israilli hakimləri təyin etsə də, sonradan təyinatda dəyişiklik edib. Bezborodov matçın qəhrəmanı olan Almeyda ilə yanaşı, onun həmyerlisi - hücumçu Reynaldo Silvaya sarı vərəqə göstərib. Rusiyalı ədalət təmsilçisinin həmin oyunda köməkçilərindən Maksim Qavrilin yenə ona xətdə yardımçı olacaq.
Soyadı azərbaycancaya tərcümədə "saqqalsız" olan Bezborodov 2009-cu ildən FİFA referisidir. 43 yaşlı hakim avrokuboklardan başqa 1 dəfə Azərbaycan klubunun matçını idarə edib. Bu, "İnter"in Moskvada "Birlik kuboku"nda qrup mərhələsi oyunu olub. "Bankirlər" 2009-cu ilin yanvarın 20-də Latviyanın "Ventspils" klubu ilə keçirilən həmin oyunda 2:0 hesabı ilə qalib gəlib. Göründüyü kimi, Bezborodovun idarə etdityi matçla qalib gəmişik və bu dəfə də bizə qələb çox vacibdir. Çünki "Qarabağ" səfər matçında 0:1 hesabı ilə uduzub
Xatırladaq ki, "Qarabağ"la "Göteborq" arasında cavab matçı avqustun 25-də saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadonunda keçiriləcək.