1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" üçün Messini sevindirən, "Neftçi"yə təsəlli verən
"Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın "Maribor" klubu ilə cavab matçı məşhur hakimə etibar olunub. Sportnet.az-ın məlumatına görə, macar Viktor Kaşşai Avropanın ən qabaqcıl hakimlərindən biridir.
41 yaşlı FİFA referisi bu il Fransada keçirilən Avropa çempionatında əsas oyunlarda baş hakim olub, hətta finala da namizədlərdən sayılıb.
2003-cü ildən beynəlxalq dərəcəli hakim olan Kaşşai Avro-2008-ə aparılsa da, ehtiyat hakim olub. O, bundan sonra 2 dünya və 2 Avropa çempionatının final mərhələsində baş hakimlik edib.
Kaşşaiyə 2011-ci ildə Çempionlar Liqasının (ÇL) final oyununu idarə etmək etibar olub. Londonun məşhur "Uembli" stadionunda keçirilən "Mançester Yunayted" - "Barselona" oyunu ispanların 3:1 hesablı qələbəsi ilə nəticələnib. Matçın ən yaxçı futbolçusu seçilən Lionel Messi Kaşşai üçün düşərli hakimdir. Çünki Messiyə 2008-ci ildə Pekin Olimpiadasında qızıl medal qazandıran final oyununu məhz Kaşşai idarə edib.
ÇL-də və Avropa Liqasında qrup matçları idarə edən Kaşşai elə də tanınmayan vaxtda Azərbaycan klubunun oyununda baş hakim olub. Bu yeganə matç "Neftçi"nin Belçikanın "Anderlext" klubu ilə ÇL-də II təsnifat mərhələsinin cavab oyunu idi. 2005-ci ilin avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionu keçirilən həmin matç komandamızın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Kaşşainin oyunun əvvəlində serbiyalı hücumçu Brabinir Subaşiçə qarşı qayda pozuntusuna görə belçikalıların qapısına təyin etdiyi penalti zərbəsini moldovalı yarımmüdafiəçi Vadim Borets qola çevirib. Ancaq "Neftçi" ilk oyunda Brüsseldə 0:5 hesabı ilə uduzduğundan bu qəlbə onun üçün yalnız təsəlli xarakteri daşıyıb.