"Qarabağ"ın kapitanı Rəşad Sadıqov avrokuboklarda bombardirlər siyahısında irəliləyib. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi 15 ildir çıxış etdiyi qitəmqiyadlı turnirlrədə 6-cı qolunu vurub Bu, İsveçin "Göteborq" klubu ilə Avropa Liqasının pley-off mərhələsində Tofiq Bəbramov adına Respublika stadonunda cavab matçında hesabı açmaqla reallaşıb.
Özü də Sadıqov bunu azərbaycansayağı künc zərbəsndən sonra topu uzaq güncə yönəltməklə gerçəkləşdirib. Rəşad belə qolları mərkəzi arenamızda həm klub, həm də yığma səviyəsində beynəlxalq matçlarda vurub. Bu, "Neftçi"nin heyətində İntertoto Slovakiyanın "Nitra" klubuna 2:0, UEFA kubokunda Avstriyanın "Rid" klubuna 2:1, millmizdə Türkiyə yığmasına 1:0 hesabı ilə qalib gəldiyimiz matçda olub.
Sadıqovun komanda yoldaşı Əfran İsmayılovla "İnter"in gürcü sabiq hücumusu Baçana Tsxadadzeyə çatıb. İrəlidə olan "Qarabağ"ın braziliyalı futbolçuları - Reynaldo Silva ilə Riçarda Almeydadır. Silvanın hesabında 10, Almeydada 7 qol var.
Xatırladaq ki, Sadıqov avrokuboklarda "Qarabağ"da 4, "Neftçi"də 2 qol vurub. O, qitəmiqyaslı turnirlərdə ən çox oyun keçirən futbolçumuzdur.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.