1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən növbəti rekord
"Qəbələ" Azərbaycan futbolunda növbəti rekordu müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar" avrokuboklarda ən uzun qol seriyasına malik olan komandamız olub. Ölkəmizin 1994-cü ildən təmsil olunduğu avrokuboklarda heç bir təmsilçisi ardıcıl 7 oyunda meydanı qolsuz tərk etməyib.
Bu seriya cari mövsümdə I təsnifat mərhələsindən başlayaraq reallaşıb. Rəqiblər Gürcüstanın "Samtredia" (evdə 5:1, səfərdə 1:2), Macarıstanın MTK (səfərdə 1:2, evdə 2:0), Fransanın "Lill" (səfərdə 1:1, evdə 1:0) və Sloveniyanın "Maribor" (evdə 3:1, səfərdə 0:1) klubu olub. Roman Qriqorçukun komandası Avropa Liqasında bu il ilk dəfə "Maribor"la cavab oyununda rəqib qapısına yol tapa bilməyib.
Qalan 7 matçda 15 qol vurmaq mümkün olub. Bunlardan 5-i liberiyalı yarımmüdafiəçi Teo Uiksin hesabına yazılıb. Estoniyalı hücumçu Sergey Zenyov 3 dəfə fərlqənib. Qalan 3 qol müdafiəçilər - serbiyalı Vojislav Stankoviçlə Vitali Vernibub, yarmmüdafiəçilər - gürcü Nika Kvekveskiri ilə xorvat Filip Ozobiç və fransalı hücumçu Baqali Dobonun payına düşür.
Klublarımız arasında ən yüksək reytinqə malik "Qarabağ" bu mövsüm Çempionlar Liqası və Avropa Liqasında ümumilikdə 6 oyun keçirib. Qurban Qurbanovun komandası "Viktoriya" ilə Çexiyada, "Göteborq"la İsveçdəki matçlarda fərqlənə bilməyib. Bunadək ən uzun seriya da Ağdam klubuna məxsus olub. Qurban Qurbanovun komandası 2013-cü ilin yayında Avropa Liqasında 6 oyunluq qol seriyasına malik olub. Bu, pley-offda Almaniyanın "Ayntraxt" klubuna Tofiq Bəhramov adına Respublika stadionunda 0:2 hesabı ilə uduzduğumuz matçda qırılıb. Həmin mövsümdə Qurban Qurbanovun komandası 8 oyundan 7-də rəqib qapısına yol tapıb.
Mehman Süleymanov
Yazı AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb