1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ı qrupda saxlayan "Qəbələ"yə qarşı oynamayacaq
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Anderlext" əsas hücumçularından birini satıb. Sportnet.az-ın məlumatına görə, italiyalı legioner Stefano Okakanı İngiltərənin "Uotford" klubu transfer edib.
Premyer Liqa təmsilçisi əslən Afrikadan olan 27 yaşlı futbolçunun keçidi haqda rəsmi məlumat yayıb. Okaka ilə 5 illik müqavilə imzalansa da, anlaşmanın maddi tərəfi açıqlanmır.
Stefano ötən mövsüm "Anderlext"də vurduğu 17 qolla ölkə çempionatını bürünc medalçı kimi bitirmələrində əsas pay sahiblərindən olub. Ancaq bombardir yeni baş məşqçi Rene Vaylerlə problem üzündən komandasını dəyişməli olub. Okaka üçün İngiltərə Premyer Liqası yaxşı tanışdır. Çünki o, 2010-cu ildə "Fulhem"lə bu çempionatda oynayıb və 11 matçda 2 qol vurub. Onu həmin vaxt London klubuna "Roma" icarəyə verib.
Okaka ötən mövsüm qrup mərhələsində Azərbaycan klubuna qarşı oynayıb. Bu, "Qarabağ"la olub ki, hücumçu Brüsseldə 2:1 hesabı ilə qalib gəldikləri matçda qələbə topunu vurub. Məhz bu qol "Qarabağ"ın qrupdan çıxmasına əngəl olub.
Xatırladaq ki, "Qəbələ" qrup mərhələsində ilk matçını sentyabrın 15-də məhz "Anderlext"lə səfərdə keçirəcək.