"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Fransanın "Sent-Etyen" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sportnet.az-ın Fransa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, İsveçrənin "Syon" klubunun futbolçusu Leo Lakrua karyerasını "Sent-Etyen"də davam etdirəcək.
24 yaşlı isveçrəli futbolçu ilə 4 illik müqavilə imzalanıb. Lakrua "Syon"un yetirməsidir və bugünədək ancaq bu klubda çıxış edib.
Qeyd edək ki, "Qəbələ" C qrupunda "Sent-Etyen", "Anderlext" (Belçika) və "Mayns" (Almaniya) klubları ilə mübarizə aparacaq.









                 





    
    
    
    
    
    
    
    
    


























































