Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Belçikanın "Anderlext" klubu heyətini serbiyalı futbolçu ilə gücləndirib. Sportnet.az-ın məlumatına görə, Uroş Spaiç bundan sonra "Anderlext"in uğurları üçün çalışacaq.
23 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Futbolçu son mövsümü Fransa "Tuluza"sının heyətində keçirib.
Qeyd edək ki, "Qəbələ" C qrupunda "Sent-Etyen" (Fransa), "Anderlext" (Belçika) və "Mayns" (Almaniya) klubları ilə mübarizə aparacaq.









































































