
San Marino və Azərbaycan yığmaları arasında keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçına təyinatlar açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, sentyabrın 4-də keçiriləcək qarşılaşma belçikalı hakimlər briqadasına həvalə olunub.
DÇ-2018
Seçmə mərhələ
C qrupu
I tur
4 sentyabr
20:00. San Marino - Azərbaycan
Baş hakim: Sebastyan Delferye
Yan xətt hakimləri: İv de Nev, Jo de Vayrdt
Dördüncü hakim: Aleksandru Bukot (hamısı Belçika)
Hakim-inspektor: Emil Bojinovski (Makedoniya)
UEFA nümayəndəsi: Luka Zorzi (İsveçrə)
Serravalle, Olimpiya stadionu