
Pobert Prosineçki Azərbaycan milli komandasında səfər sindromunu qıra bilib.
Sportnet.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis 2-ci ildir baş məşqçisi olduğu millmizdə nəhayət, rəqib meydanında qələbə qazanmağı bacarıb. Bu, onun 13-cü matçında - 2018-ci il dünya çempionatının seçmə mərhələsində San Marino üzərində 1:0 hesabı ilə qələbə qazandığı səfər matçında gerçəkləşib. Göründüyü kimi, bu nəhs oyun olsa da, əcnəbi mütəxəssisə düşərli olub.
Prosineçki ötən seçmə mərhələdə ilk səfər oyununu Osloda Norveçə qarşı keçirərək qolsuz bərabərlik edib. Bundan sonra Malta ilə onun meydanında 2:2 hesablı heç-heçə edən millimiz Bolqarıstana Sofiyada 0:2 hesabı ilə uduzub.
Prosineçkinin komandası son 2 ildə may-iyunda Avstriyada təlim-məşq toplanışında yoldaşlıq görüşlərində də qələbə qazana bilməyib. Bu zaman 2 heç-heçə, 2 məğlubiyyət qeydə alınıb.
Xatırladaq ki, Robert Prosineçkinin bunadək millmizdə qazandığı 2 qələbə Bakıda olub. Malta üzərində 2:0 hesablı qələbə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən rəsmi oyundursa, Bakı Olimpiya Stadionunda Moldovanı 2:1 hesabı ilə məğlub etdiyimiz matç yoldaşlıq görüşü olub.