1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahir Mədətov: "Canımı verməyə hazıram" - MÜSAHİBƏ
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasını Avropa çempionatının seçmə qrup matçında Farer adaları yığmasına məğlubiyyətdən xilas edən Mahir Mədətov oyundan sonra brifinq keçirib.
Sportnet.az-ın məlumatına görə, gənc hücumçu əvvəlcə görüş barədə danışıb...
- İlk yarıda o qədər də yaxşı çıxış etmədik. Qol buraxdıqdan sonra fasilə vaxtı paltardəyişmə otağında uşaqlarla sözü bir yerə qoyaraq, "Bu oyunu xilas etmək lazımdır" dedik. Meydana qələbə üçün çıxmışdıq. Çox istəyirdik ki, qalib gələk. Məğlubiyyəti düşünmürdük. Sadəcə, top buraxdıqdan sonra "Nə badə bu oyunu uduzaq" fikri yarandı. Çünki evdə son matçımızı qələbə ilə bitirmək istəyirdik. Olmadı, nə demək olar...
- Azarkeşlər sizdən hətta böyük hesablı qələbə gözləyirdi. Qələbə üçün nə çatmadı? Bəlkə oyuna arxayın çıxmışdınız?
- Yox, arxayınlıqdan söhbət gedə bilməz. Çünki həqiqətən də yaxşı təlim-məşq toplanışı keçmiş, matça yüksək səviyyədə köklənmişdik. Otaqlarda normal dincəlir, hər şeyi vaxtlı-vaxtında edirdik. Qol epizodlarımız da oldu. Sadəcə, dəyərləndirə bilmədik. Futbolda belə hallar olur. Əldən verdiyimiz epizodları qarşıdakı oyunlarda qola çevirməyə çalışacağıq.
- U-21-dəkilərin əksəriyyəti Azərbaycan Premyer Liqasında əsas heyətdə çıxış edənlərdən, futbolumuzun qaymaqlarından ibarətdir. Ola bilərmi ki, baş məşqçi Yaşar Vahabzadə komandaya uğur qazandıra biləcək səviyyədə deyil?
- Yox, baş məşqçi barədə söz deyə bilmərəm. Yaşar müəllim də bizim üçün əlindən gələni edir. Hərtərəfli dəstək olur, motivasiya verir. O barədə heç vaxt düşünməmişəm.
- Komandanı biabırçı məğlubiyyətdən sən xilas etdin. Düşünmürsənmi ki, o qol olmasaydı, böyük söz-söhbət yarana bilərdi?
- Xeyr, elə deməzdim. Sadəcə, fasilədən sonra uşaqlar toparlandılar. İlk yarıdakı qolun səbəbkarı da özümüz olduq. Epizodu rəqib yaratmadı, buraxdığımız boşluqdan əks-hücumda yararlandılar. Qolu isə mən yox, başqası da vura bilərdi. Əsas odur ki, məğlub olmadıq.
- Əsas milliyə də çağırılmışdın, amma San Marinoya qarşı oynamadın...
- Oyuna hazırlaşmışdım. İlk məqsədim məşqlərdə özümü göstərmək idi. Fikrimcə, bu, normal alındı. Sadəcə, baş məşqçi belə qərar verdi. Onun fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Bundan sonra da əlimdən gələni edəcəyəm ki, milli komandaya çağırılım.
- Ramil Şeydayevlə həmyaşıd olsan da, ondan potensialda geri qalmırsan. Səndən fərqli, onun yığmaya çağırılmasının böyük səs-küyə səbəb olmasını necə qəbul etdin?
- Bəlkə Rusiya millisi, "Zenit" və Türkiyə "Trabzonspor"unda oynadığı üçün hamı Şeydayevin debütünü səbirsizliklə gözləyirdi. Bu, azarkeşlərin fikridir, mən bir söz deyə bilmərəm. Mənim işim başımı aşağı salıb məşqimi edərək, oyunlarda komandam üçün vuruşmaq, can qoymaqdır. Həm "Qarabağ", həm də milli üçün canımı verməyə hazıram. Həm meydanda, həm də meydandan kənarda!