1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in futbolçusu: "İlk qələbəmizi qazanmaq istəyirik"
"Fasilə dövründən maksimum istifadə etməyə çalışdıq. Müddət çox olsa da, oyun təcrübəsini itirməmək üçün iki yoxlama matçı keçirdik". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Şəhriyar Əliyev klub saytına açıqlamasında deyib.
DÇ-2018in seçmə mərhələsinin oyunları səbəbindən yaranan fasilədəki hazırlıqdan danışan 24 yaşlı müdafiəçi bunları bildirib: "Yoxlama oyunlarında nəticə önəmli deyil, əsas olan oynadığımız futboldur. Komanda qarşıdakı çempionat oyununa yaxşı hazırlaşır. Oyunun mahiyyətini bilirik, ona görə də bütün fikrimiz məşqlərə yönəlib. Çempionatda ilk qələbəmizi qazanmaq istəyirik. Bu qələbə həm də bizə turnir cədvəlində yerimizi yaxşılaşdırmağa imkan verəcək".
Qeyd edək ki, "Kəpəz" Premyer Liqanın IV turunda "Zirə"ni qəbul edəcək. Görüş saat 16:00-da Gəncə şəhər stadionunda baş tutacaq.