
"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi Belçikanın "Anderlext" klubunun yay transfer pəncərəsində xərclədiyi məbləğ açıqlanıb. Sportnet.az-ın "Voetbalbelgie" saytına istinadən məlumatına görə, "Anderlext" yeni futbolçular üçün 27 milyon avrosundan keçib.
Klubun transferə xərclədiyi bu məbləğ Belçika futbolu tarixində ən böyük rəqəmdir. Rene Veylerin rəhbərlik etdiyi komanda cari mövsümü ölkə çempionatında qızıl medalla başa vurmaq niyyətindədir.
Qeyd edək ki, Avropa Liqasının C qrupunda yer alan "Qəbələ" "Anderlext"lə yanaşı Fransa "Sent-Etyen"i və Almaniya "Mayns"ı ilə mübarizə aparacaq.