1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"dən radikal qərarlar
"Neftçi" Peşəkar Futbol Klubunun (PFK) Müşahidə Şurası qərarları açıqlayıb. Sportnet.az-ın məlumatına görə, qurumun 10.09.2016-cı il tarixdə baş tutmuş "Neftçi” – "Qəbələ” matçından sonra növbədənkənar iclası keçirilib.
Klubun inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam edib və toplantıda bir sıra qərarlar qəbul olunub:
1. Müzakirələr zamanı əsas komandanın yeni mövsümdəki nəticələri qənaətbəxş hesab edilməyib.
2. "Neftçi” PFK-nın yay aylarında yürüdülən transfer siyasəti qənaətbəxş hesab edilməyib. Bu transferlərin reallaşdırılmasında rolu olan şəxslər ciddi şəkildə cəzalandırılacaq və tutduğu vəzifədən kənarlaşdırılacaq.
3. "Neftçi” PFK-nın hazırki əsas heyətində ciddi islahatlar aparılacaq.
4. Əsas komandanın məşqçi heyəti və klubun inzibati heyəti dəyişdiriləcək.
5. Klub və komanda heyətinin maaşlarına yenidən baxılacaq, eyni zamanda mükafat və bonuslar ləğv ediləcək.
"Neftçi” PFK olaraq azarkeşlərini və klubu sevən hər kəsi bu çətin keçid dövründə ona dəstək olmağa çağırır.