Azərbaycan milli komandasının futbolçuları Emin Mahmudovla Ramil Şeydayevin yeni klublarında debütləri yenə baş tutmayıb. Sportnet.az-ın məlumatına görə, Portuqaliyada "Boavişta" Mahmudovsuz, Türkiyədə "Trabzonspor" Şeydayevsiz oynayıb. Özü də milli üzvlərimizin adları heç qarşılaşmaların protokola daxil edilməyib.
Təmsilçilərimizin komandaları son turda məğlub olublar. "Bovaişta" səfərdə "Braqa"ya 0:3, "Trabzonspor" evdə "Osmanlıspor"a 0:2 hesabı ilə uduzub. Trabzon klubu 3 oyundan 3 xalla 18 komanda arasında 13-cü, "Boşavişta" isə 4 oyundan 5 xalla 18 komanda arasında 10-dur.
Xatırladaq ki, millidə debütləri San Marino yığması ilə sentyabrın 4-də səfərdə keçirilən matç olan Mahmudovla Şeydayevin yeni mövsümdə yalnız bu rəsmi qarşılaşmada meydana çıxıblar.







































































