İspaniya ikinci liqasında 4-cü turun oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilov "Kadis"in heyətində növbəti matçına çıxıb. Komanda öz meydanında ötən mövsüm Primeroda oynamış "Xetafe"yə böyük hesabla qalib gəlib - 3:0. İsrafilov 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Kadis" 4 oyunda sonra 5 xalla 22 komanda arasında 8-ci pillədə qərarlaşıb.







































































