1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şəhriyar Əliyevdən ittihama cavab: "Onlar da belə edirdilər" - MÜSAHİBƏ
"Kəpəz"in müdafiəçisi Şəhriyar Əliyevin "Zirə" ilə Azərbaycan Premyer Liqasının IV tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Gərgin keçən 90 dəqiqədən sonra özünü necə hiss edirsən?
- Qələbə qazandıqsa, pis ola bilmərəm. Amma həqiqətən də asan qələbə olmadı. "Zirə” çox güclü komandadır. Buna baxmayaraq, biz daha istəkli olduğumuzdan daha yaxşı oynadıq. Çempionat başlayandan qələbə qazanmamışdıq və bu gün meydanı 3 xalla tərk etməyi düşünürdük. Zaman keçdikcə, daha gözəl nəticələr qazanacağıq.
- Deyəsən, Şahin Diniyev qələbə üçün sizə çox əziyyət vermişdi...
- Bəli, bu matçda yaxşı nəticə qazanmaq üçün çox çalışmışdıq. Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranan fasilə zamanı yalnız bu matçı düşünürdük. Düşünürəm ki, layiqli qələbə qazandıq.
- Mövsümə yaxşı başlamamışdınız. Bu qələbə sizin üçün uğura açılan yolun təməli olacaqmı?
- Ötən mövsüm də 3 turdan sonra 2 xalımız var idi. Sonra oyunumuzu tapdıq və qələbələr qazandıq. Düzdü, bu il çempionatda komandaların sayı azdır, çətin olacaq. Amma biz uğur qazanmaq üçün meydanda əlimizdən gələni edəcəyik.
- Bir müddət əvvəl Şahin Diniyev demişdi ki, yeni transferlər komandaya uyğunlaşmayıb. İndi necə, meydanda bir-birinizi anlaya bilirsiniz?
- Oyundan-oyuna hər şey yoluna düşür. Dario Federikonun da zədədən sonra formasını bərpa etməsi bizə çox kömək olur. Demək olar ki, komandamız oyununu tapıb.
- "Zirə”nin futbolçusu Milan Duriç deyir ki, "Kəpəz”in futbolçuları topu meydandan çıxarıb, zədə adı ilə vaxt aparırdılar...
- Bu onun şəxsi fikiridir. "Zirə” ilə ötən mövsüm səfərdə oynayanda, onlar da topu ora-bura vururdular. Qalib komandayıq, vaxtı aparmağımız da normal haldır.
- Növbəti turda "Sumqayıt”la qarşılaşacaqsınız...
- "Sumqayıt” doğma meydanda yaxşı oynayır. Ona görə də bizi çətin matç gözləyir. Bu oyuna da yaxşı hazırlaşıb, səfərdən yaxşı nəticə ilə dönməyə çalışacağıq.
Ergün SEYİD