1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Slovan"ın baş məşqçisi: "Marsel" kimi "Qarabağ" bizə 4 qol vurmaz" - MÜSAHİBƏ
"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində ilk rəqibi olan "Slovan”ın baş məşqçisi İndrix Trpişovski klubunun rəsmi saytına müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Zədələnən kapitan Lukaş Pokornının yoxluğu ciddi itki olacaq?
- Əlbəttə, bu, özünü göstərir. Lukaş bizim kapitandır, mərkəz müdafiəçisidir. Buna görə də yoxluğu ciddi itkidir. Mən "Slovan”a gələndən Lukaş avrokuboklarda demək olar hər matçda oynayıb. Bu zaman əsasən uğur qazanmışıq. Ancaq futbolda itkiylə bağlı vəziyyətlər də olur.
- Onu Martin Latka əvəzləyəcək?
- Bu, hazırladığımız varinatlardan biridir. Lukaş stopperlərimiz arasında yegan solaxaydır. Səhər məşqimizdə Pokornının olmadığı variantı yoxladıq. Martin onun yerinə oynamağa ən real variantlardır.
- Pokornı zədəli olsa da, komandadan ayrı qalmadığından ehtiyatda olacaq?
- Əvvəl dediyim kimi, Lukaş mən gələndən demək olar hər oyunda əsas heyətdə olub. Yalnız "Marsell”lə ev oyununda kənarda qalmalı oldu. Qalanlarında komandamızı onsuz təsəvvür etmək çətindir. Məhz Marseldəki matçda onu itirdik və 4 qol buraxdıq! (gülür). Ümid edirəm ki, bu, təkrarlanmayacaq.
- Bundan əlavə, müdafiə duetində planlaşdırılan müdaxilənin yeri vardı...
- Bu dəyişiklər müdafiəyə zərbədir ki, həmişə əziyyət verir. Pokornı Devid Hovorka iolə 80-ə yaxın matçda birgə oynayıblıar. Biz əsas ona görə şadıq ki, diaqnozu gözlədiyimizdən yaxşı oldu. Bir müddətlik fasilədən sonra komanda ilə birgə çalışmalara qatılacaq. Hələliksə Martin Latkanı heyətə gətirmişik. O, əsas heyətin hündürboylu futbolçusudur.
- Bəs rəqibimizlə bağlı nə deyə bilərsiniz?
- Avropada əvvəlki matçlarının hamısını görmüşük. Ancaq əsas diqqəti plznenlilərlə matçlarına yönəltmişik. Bu haqda çox danışmışıq. Bizi ötən həftəsonu məhz "Viktoriya” ilə oynamağımız daha da yerinə düşdü. "Qarabağ” heyətində hücum xəttində bacarılqı oyunçuları olan komandadır. Bunu "Viktoriya” da etiraf edir. Topla çox ağıllı davranırlar. Təkbətək mübarizələrdə üstündürlər.
- Rəqibin əsas üstünlüklərinin sürətli oyununda olduğunu demisiniz...
- "Qarabağ” yaxşı komanda olduğunu Plzen təmsilçisi ilə matçlarda da göstərdi. Çexiyadakı matçda qırmızı vərəq öz təsirini göstərdi. Bundan əlavə, iqlim fərqini də nəzərə almaq lazımdır. Əgər topu itirməsən, sürət elə də kritik hald deyil. Martin Latkanın təcrübəsi böyükdür. O, müdafiədə oyunu təşkil edib rəqibin sürətli hücumlarının qarşısını almaqda bizə kömək eəd bilər. Komanda kimi oynadığımızda elə də çətinliyimiz olmur.
- "Qarabağ”dan sonra çempionatda oyununuz bazar ertəsi "Slaviya” ilədir. Bunda üstünlük görürsünüz?
- Bu, böyük üstünlükdür. Kim belə sıx qrafikdə oynayıbsa, 2 və 3 gün arasında fərqin böyük oduğunu bilir. Azərbaycana səfərimiz çox uzaq olduğundan, bazar günü necə oynacağımızı təəsvvür edə iblmirəm.