Avropa Liqasının A qrupunda Ukrayna "Zarya”sı ilə Türkiyə "Fənərbağça”sı arasında keçirilmiş ilk tur matçından sonra insident baş verib.
Sportnet.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, üzləri bağlı, qara geyinmiş fanatlar türk azarkeşlərə hücum edib.
Xuliqanlar bir "Fənərbaxça” azarkeşinin üzərinə benzin tökərək yandırmaq istəyib. Buna nail olmadıqda isə türkləri soyuq silahlarla döyərək, bıçaq zərbələri endiriblər. Daha sonra xuliqanlar hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, matçda hesabı "Zarya” futbolçuları açsalar da, "Fənərbağça” son dəqiqə qolu ilə məğlubiyyətdən xilas olub. Danimarkalı futbolçu Simon Kyaerin bərabərlik qolu ukraynalı azarkeşlərin qəzəbinə səbəb olub.